Qadın şahmatçılardan ibarət Azərbaycan millisi dünya çempionatının 1/4mərhələsinə vəsiqə qazanıb

30 Sentyabr, 10:45 Sosial mediada paylaşın:
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi İspaniyanın Sitges şəhərində keçirilən dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib.
Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı Azərbaycan komandası qrup mərhələsinin sonuncu turunda İspaniya yığması ilə qarşılaşıb. Komandamız inamlı oyun nümayiş etdirərək İspaniya yığmasını 3,5:0,5 hesabı ilə məğlub edib. Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrupda 4-cü yeri tutaraq dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

CANLI YAYIM