Azərbaycanın qadın cüdoçusu Avropa çempionatında medal qazanıb

9 Noyabr, 11:25 Sosial mediada paylaşın:
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan yığmasının üzvü Ramilə Əliyeva gümüş medala yiyələnib.
Nüfuzlu yarışda 48 kq çəki dərəcəsində mübarizə aparan xanım cüdoçu polşalı Paulina Zlaşta və portuqaliyalı Rakel Britoya qalib gələrək yarımfinala yüksəlib. Əliyeva ispaniyalı Mireya Lapertanı da məğlub edərək finala vəsiqə qazansa da, həlledici mərhələdə Serbiya cüdoçusu Andrea Stoyadinova məğlub olub və ikinci yeri tutub.
Qeyd edək ki, noyabrın 7-dək davam etmiş qitə çempionatında 38 ölkədən 297 cüdoçu (171 kişi, 126 qadın) mübarizə aparıb. Azərbaycan komandası yarışda 8 idmançı və 1 hakim ilə təmsil olunub.
Beynəlxalq dərəcəli hakim Nazim Umbayev Avropa Cüdo Birliyinin təyinatı ilə yarışın hakimlər briqadasına daxil olunub. Ona bir-neçə çəki dərəcəsində həlledici final və bürünc medal görüşləri etimadı göstərilib.

CANLI YAYIM