Mayk Tayson Entoni Coşuanı çalışdırmağa hazırdır

10 Noyabr, 17:20 Sosial mediada paylaşın:
Usik hələ Entoni Coşua ilə revanş görüşü haqda fikirləşməlidir.
Tərəflər arasında əldə olunan razılığa görə məğlub olan boksçunun təkrar döyüşə çıxmaq hüququ var. İlkin ehtimallara görə, bu iki əlcək ustası arasında görüş gələn ilin fevral və ya mart aylarında keçirilə bilər. Maraqlıdır ki, ötən illərin əfsanəvi boksçusu Mayk Tayson Coşuanı Usiklə döyüşə şəxsən hazırlamaq istəyir. İrlandiya mətbuatına açıqlamasında “Dəmir Mayk” Entonini çalışdırmaqdan qürur hissi keçirəcəyini söyləyib. O, ilk görüşdə məğlubiyyətə görə britaniyalı boksçunu depressiyaya düşməməyə də səsləyib. Xatırldaq ki, Taysonla yanaşı məşhur məşqçi Freddi Rouç da Coşuayla işləməyə hazır olduğunu bildirib.

CANLI YAYIM