Lebron Ceyms MXL klubu alır

18 Noyabr, 13:52 Sosial mediada paylaşın:
Lebron Ceyms MXL-də çıxış edən “Pittsburq Pinqvinz” klubunun sahibi ola bilər.
Amerika mətbuatının məlumatına görə, “Los Anceles Leykers”in liderinin rəhbərlik etdiyi “Fenway Sports Group” şirkəti Stenli Kubokunu 5 dəfə qazanan klubla danışıqlar aparır. Artıq bu həftə pensilvaniyalıların səhmlərinin satılacağı istisna olunmur. Xatırladaq ki, Ceymsin rəhbərlik etdiyi şirkət “Liverpul” futbol klubu və “Boston Red Soks” beysbol klubunun da sərmayədarlarından biridir.

CANLI YAYIM