Əbu-Dabidə MBA oyunları keçiriləcək

18 Noyabr, 17:30 Sosial mediada paylaşın:
Növbəti mövsüm Əbu-Dəbidə MBA komandaları arasında 2 hazırlıq oyunu keçiriləcək.
Artıq liqa və Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyi arasında razılıq əldə olunub. Hər iki oyun oktyabr ayına təsadüf edəcək. Ancaq həmin oyunlarda iştirak edəcək komandaların adı hələ müəyyənləşməyib. Xatırladaq ki, bu tarixdə Yaxın Şərqdə keçiriləcək ilk MBA oyunları olacaq. Buna baxmayaraq, indiyə qədər 4 MBA komandası İsrailə səfər edib.

CANLI YAYIM