Qətər Qran-prisi şəhər küçələrində keçirilə bilər

25 Noyabr, 13:39 Sosial mediada paylaşın:
Bu mövsüm tarixdə ilk dəfə keçirilən Formula 1 üzrə Qətər Qran-prisinin trassının məkanı dəyişdirilə bilər.
Bu barədə Dohadakı “Losail” avtodromunun rəhbəri Xuan Bakero məlumat verib. Onun sözlərinə görə, Qran-prinin təşkilatçıları ötən həftə ilk yarşın keyfiyyətindən narazı qalıb. Məsələ ondadır ki, Qətərdəki avtodrom 2004-cü ildən etibarən MotoGP yarışları üçün istifadəyə verilib. Motosikletlərin mübarizə apardığı məkanda Formula 1 bolidləri üçün ideal şərait yoxdur. Problemlərdən biri də tribunaların quruluşudur. O, 2023-cü ilə qədər avtodromda müəyyən dəyişiklər edə biləcəklərini istisna etməyib. Variantlardan biri də yarışın Doha küçələrində keçirilməsidir.

CANLI YAYIM