Parker Lebron Ceymssiz "Leykers"in perspektivindən danışıb

3 Dekabr, 15:00 Sosial mediada paylaşın:
Mövsümün əvvəlində çempionluq uğrunda mübarizədə favorit göstərilən “Los Anceles Leykers”in işləri qaydasında getmir.
Klub yeni mövsümdə təkcə uğursuz nəticələrlə yadda qalmır. Məsələ ondadır ki, komandanın lideri Lebron Ceyms də müxtəlif səbəblərdən meydana çıxmır. Bir müddət əvvəl 37 yaşlı basketbolçu zədədən əziyyət çəkirdisə, hazırda o koronavirusa yoluxduğuna görə komandasına kömək edə bilmir. Mütəxəssislər isə Los Anceles klubunun bir oyunçudan asılı olmasını mənfi məqam kimi qiymətləndirir. “San Antonio Spörz”ü əfsanəvi sabiq basketbolçusu Toni Parker də bu məsələyə toxunub: “Lebron meydanda olmayanda “Leykers” özünə bənzəmir. O parketə qədəm basanda bəlkə bir az ümid yaranır. Ceymssiz isə heç nə əldə edə bilməyəcəklər. Hətta Lebron meydana çıxanda belə işləri çətin olacaq. İstər-istəməz yaş öz sözünü deyir. Bu, statistikaya da öz təsirini göstərir”.

CANLI YAYIM