"Ferrari" və "Alfa Romeo" adında dəyişiklik edir

9 Dekabr, 14:25 Sosial mediada paylaşın:
Formula 1-də mübarizə aparan “Ferrari” və “Alfa Romeo” komandası adlarında dəyişiklik edib.
Hazırda rəsmi olaraq “Scuderia Ferrari Mission Winnow” adı ilə mübarizə aparan İtaliya komandası sadəcə “Scuderia Ferrari” adlanacaq. 2018-ci ildə “Filipp Morris İntenational” tütün şirkəti ilə müqavilə imzalayan “Ferrari” məcburiyyətdən belə bir addım atmaq qərarına gəlib. Məsələ ondadır ki, artıq avtodromlarda tütün şirkətlərinin reklamı ləğv edilir. Son bir neçə ildi digər komandalar da bolidlərindən zərərli vərdişlərin təbliğini əks etdirən yazıları yığışdırır. “Alfa Romeo Racing ORLEN” komandası isə adında cüzi dəyişiklik edib. Bundan sonra komanda “Alfa Romeo F1 Team ORLEN” adlandırılacaq.

CANLI YAYIM