MBA tarixinin ən yaxşı əcnəbi basketbolçuları müəyyənləşib

14 Dekabr, 16:55 Sosial mediada paylaşın:
MBA tarixinin ən yaxşı qeyri-amerikalı oyunçularının reytinqi müəyyənləşib.
1990-cı illərdə “Hyuston Rokets”ə 2 dəfə MBA çempionluğu qazandıran əfsanəvi nigeriyaəsilli basketbolçu Hakim Olajuvon siyahıya başçılıq edib. 10 il əvvəl “Dallas”ın ilk dəfə çempionluğunda böyük pay sahibi olan almaniyalı Dirk Novitski 2-ci yerə sahib çıxıb. Ötən mövsüm “Miluoki”yə çempionluq sevinci yaşadan yunanıstanlı Yannis Adetokumbo isə 3-cü olub. İlk 10-luqda Stiv Neş, Pau Qazol, Toni Parker, Manu Jinobili, Nikola Yokiç, Dikembe Mutombo və Mark Qazol da qərarlaşıb.

CANLI YAYIM