Vüqar Həşimov Memorialı: Şəhriyar Məmmədyarov turnirin lideri ilə üz-üzə gələcək

21 Dekabr, 10:52 Sosial mediada paylaşın:
Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti oyunlar baş tutacaq.
VI turda Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov macarıstanlı Riçard Rapportla, Rauf Məmmədov çexiyalı David Navara ilə, Vüqar Əsədli isə rusiyalı Sergey Karyakinlə üz-üzə gələcək.
VII turda Məmmədyarov ABŞ-dan olan Fabiano Karuana, Əsədli hindistanlı Vişvanatan Anand, Məmmədov isə Sergey Karyakinlə oynayacaq.
VI tur
Şəhriyar Məmmədyarov - Riçard Rapport (Macarıstan)
David Navara (Çexiya) - Rauf Məmmədov
Sergey Karyakin (Rusiya) - Vüqar Əsədli
Vişvanatan Anand (Hindistan) - Fabiano Karuana (ABŞ)
VII tur
Fabiano Karuana (ABŞ) - Şəhriyar Məmmədyarov
Vüqar Əsədli - Vişvanatan Anand (Hindistan)
Rauf Məmmədov - Sergey Karyakin (Rusiya)
Riçard Rapport (Macarıstan) - David Navara (Çexiya)
Qeyd edək ki, Vüqar Həşimov Memorialına dekabrın 23-də yekun vurulacaq.
5 turdan sonra Karuana və Rapport hərəyə 11 xalla turnir cədvəlinə başçılıq edir. Karyakin 10 xalla 3-cü pillədə qərarlaşıb. Hərəyə 8 xalı olan Məmmədyarov və Navara 4-5-ci yerləri bölüşdürür. Məmmədov 6 xalla 6-cı, Anand 3 xalla 7-ci, Əsədli isə 1 xalla sonuncudur.

CANLI YAYIM