Entoni Coşua revanş almaq niyyətindədir

6 Yanvar, 16:46 Sosial mediada paylaşın:
Böyük Britaniyalı peşəkar boksçu Entoni Coşua ukraynalı Aleksandr Usiklə növbəti döyüşü səbrsizliklə gözləyir.
Ekspo sərgisində müsahibə verən ikiqat Dünya və Olimpiya çempionu motivasiyasının ən yüksək həddə olduğunu vurğulayıb. O, eyni zamanda bu məğlubiyyətin karyerasındakı ən çətin döyüş olduğunu bildirib: "Ötən ilin sentyabr ayında peşəkar karyeramda ikinci məğlubiyyətlə üzləşdim. Hər zaman hadisələrə müsbət tərəfdən yanaşmağa çalışıram. Ancaq burada pozitiv hal yoxdur. Usik rinqdə məndən daha güclü idi, bunu qəbul edirəm. Növbəti qarşılaşmamızda daha yaxşı döyüşəcəyimdən əminəm. Bunu bacaracağam”.
Britaniyalı döyüşçü ötən ilin oktyabr ayında müqaviləyə revanş bəndini əlavə etmişdi.  Qeyd edək ki, onlar arasındakı növbəti görüş 2022-ci ilin Aprel ayına planlaşdırılıb.
Entoni Coşua Peşəkar boksa başlamadan öncə həvəskar kimi bu idman növündə mübarizə aparıb. 2011-ci ildə Bakıda təşkil olunan boks üzrə Dünya çempionatının ən ağır çəki dərəcəsində fəxri kürsünün ikincisini pilləsinə qalxıb. O, finalda Azərbaycan idmançısı Məhəmmədrəsul Məcidova uduzmuşdu.  

CANLI YAYIM