Sərbəst güləş üzrə yığmamızın Bakıda təlim-məşq toplanışı davam edir

12 Yanvar, 11:38 Sosial mediada paylaşın:
Sərbəst güləş üzrə yığmamızın Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı davam edir.
Hazırlıq prosesinin əsas məqsədi fiziki hazırlığı yüksəltməkdir. Bu səbəbdən məşqçilər korpusu əsasən fitnes çalışmalarına üstünlük verir. Həftənin 4 günü gündə iki məşq baş tutursa, çərşənbə və şənbə günləri 1 məşq keçirilir. Həmin günlər məşqlər açıq havada (əsasən stadionda) reallaşır. Təlim-məşq toplanışı baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam edir.
Hazırlıq prosesinə yanvarın 15-də yekun vurulacaq.

CANLI YAYIM