Hemiltonun Formula 1-də gələcək taleyi sual altındadır

13 Yanvar, 17:21 Sosial mediada paylaşın:
Ötən mövsüm Birləşmiş Ərəb Əmirlikləri Qran-prisinin son dövrəsində liderliyini əldən verərək çempionluqdan məhrum olan Lüis Hemilton Formula 1-dəki gələcək taleyi hələ də sual altındadır. Məsələ ondadır ki, 7 qat dünya çempionu hələ də gələcək karyerası ilə bağlı qərar qəbul etməyib. Amma “Mersedes” rəhbərliyi böyük britaniyalı pilotun qalacağına inanır. Komandanın rəhbəri Toto Volff də dəfələrlə mətbuata açıqlamasında Lüisin onları tərk etməyəcəyinə ümid  ümid bəslədiyini  söyləyib.  Amma o, Əbu-Dabidəki nəticənin Hemiltonun fikirlərinə təsir göstərəcəyini də istisna etməyib.
İstənilən halda, yeni mövsümün başlamasına təxminən 2 ay vaxt qalıb. “Mersedes” isə ehtiyatı əldən vermək istəmir. Avropa mətbuatının məlumatına görə, Almaniya komandası ehtiyat variantlar üzərində işləyir.  Bəzi mənbələr Hemiltonun mümkün gedişindən sonra “Mersedes”in Esteban Okonla anlaşa biləcəyini yazır.  Xatırladaq ki, Okon 2015-19-cu illərdə testlərdə bu komandanın pilotu kimi qüvvəsini sınayıb.  Yeri gəlmişkən, Toto Volffun Pyer Qaslini də bazaya gətirmək fikrində olması ilə bağlı xəbərlər dolaşır.  Amma onun “Red Bull”a məxsus “Alfa Tauri”nin heyətində çıxış etməsi planları pozur. Yeni mövsüm ərəfəsində avstriyalılar onlarla müqaviləsi olan pilotu əldən verməyə razılaşmaz.

CANLI YAYIM