"Zirə" ilk yoxlama oyununda uduzdu

14 Yanvar, 11:10 Sosial mediada paylaşın:
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanıında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirib.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Macarıstanın "Peç" klubu ilə qarşılaşıb. Matç rəqibin 5:3 hesablı qələbəsiylə başa çatıb. "Zirə"nin heyətində Ağabala Ramazanov, Vüsal Əliyev və İlkin Muradov fərqlənib. Qeyd edək ki, "Zirə" yanvarın 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq.

CANLI YAYIM