"Neftçi" Rusiya klubunun üzvünə təklif göndərdi

14 Yanvar, 11:30 Sosial mediada paylaşın:
“Neftçi“ ölkə xaricində çıxış edən daha bir azərbaycanlı futbolçuya təklif göndərib.
Bu barədə paytaxt klubundan məlumat verilib. Bildirilib ki, Kamran Əliyevə dəvət göndərilib. Rusiya Milli Futbol Liqasında çıxış edən hücumçu “SKA-Xabarovsk”un formasını geyinir. Onun yerli ordu klubu ilə müqaviləsi bu ilin yayında başa çatacaq. “Neftçi“ vaxtilə gənclər yığmamıza dəvət almış 23 yaşlı forvarda 2,5 illik müqavilə təklif edib.

CANLI YAYIM