"Keşlə"nin keçmiş hücumçusu "Sabah"a keçə bilər

14 Yanvar, 11:35 Sosial mediada paylaşın:
“Keşlə”dən ayrılan kamerunlu forvard Anatoli Abanqın Azərbaycanda qalmaq istəməsi ilə bağlı xəbər vermişdik.
Hazırda onun “Sabah” klubuna keçmək variantı yaranıb. Hücum xəttini gücləndirmək istəyən paytaxt təmsilçisi üçün Abanq bu mövqe üçün düşünülən iki futbolçudan biridir. Ancaq klub rəhbərliyi Belarus çempionatında çıxış edən başqa bir afrikalı forvardla da maraqlanır. Məşqçilər heyəti yaxın günlərdə futbolçulardan hansını transfer edəcəkləri ilə bağlı qəti qərar qəbul edəcək.

CANLI YAYIM