"Everton" klubu "Aston Villa"nın üzvünü icarəyə götürüb

14 Yanvar, 13:58 Sosial mediada paylaşın:
“Aston Villa”nın üzvü Ənvər el Qazi  mövsümün sonuna kimi “Everton”da icarə  əsasında oynayacaq.
O yeni komandasında 34 nömrəli formada çıxış edəcək. El Qazi bu nomrəni vaxtilə  “Ayaks”da oynayan və 5 il əvvəl beyin zədəsi səbəbindən görüş vaxti huşunu itərən və karyerasını davam etdirə bilməyən Abdelhak Nurinin şərəfinə götürüb.  Qeyd edək ki, Ənvər El Qazi bu mövsüm  “Aston Villa”nın heyətində premyer liqada 9 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

CANLI YAYIM