Şəhriyar Məmmədyarov 2-ci turda da heç-heçə edib

17 Yanvar, 09:10 Sosial mediada paylaşın:
Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin ikinci turunun oyunları keçirilib.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparıb. Şahmatçılar 26-cı gedişdə heç-heçəyə razılaşıblar.
Qeyd edək ki, şahmatçımızın birinci turda Rusiyanın diğər təmsilçisi Daniil Dubovla görüşü də heç-heçə başa çatıb.
Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir.

CANLI YAYIM