Bu gün FİFA "The Best" mükafatını təqdim edəcək

17 Yanvar, 15:16 Sosial mediada paylaşın:
Bu gün FIFA-nın ilin ən yaxşı oyunçusuna təqdim etdiyi "The Best" mükafatının sahibi müəyyənləşəcək.  Ən yaxşı futbolçu adına argentinalı Lionel Messi, polşalı Robert Levandovski və misirli Məhəmməd Salah iddia edir. Qadin futbolçuarın ilk 3-lüyündə “Barselona”nın 2 üzvü var. Bunlar Cennifer Ermoso və Aleksiya Putelyasdır. Digər namizəd “Çelsi”nin üzvü Samanta Keerdir.  2021-ci ilin ən yaxşı baş məşqçisi adına İtaliya millisinə rəhbərlik edən Roberto Mançini və onun İngiltərənin "Mançester Siti" və "Çelsi" klublarındakı həmkarları, Xosep Qvardiola ilə Tomas Tuxel iddialıdır.
Qadın futbolunda isə Lüis Kortes, Emma Heyz  və Sarina Viqman  namizəddir.
Bundan əlavə, tədbirdə ən yaxşı qadın və kişi qapıçılar, ilin ən yaxşı qolu, "fair play" mükafatı, həmçinin qadınlar və kişilərdən ibarət ilin rəzmi komandası  da açıqlanacaq.

CANLI YAYIM