"Neftçi" çexiyalı qapıçı ilə maraqlanır

18 Yanvar, 12:55 Sosial mediada paylaşın:
Aqil Məmmədovun uzun müddətə sıradan çıxması səbəbindən “Neftçi” yeni qapıçı axtarışını sürətləndirib.
Yalnız gənc Kamran İbrahimovun ümidinə qalan son çempion əcnəbi qolkiper transferinə köklənib. Paytaxt klubu üçün variantlar arasında “Gimaraeş”dən Matuş Trmal və “Vlajniya”dan Kristi Qarri də var. Bakılılar adıçəkilən qolkiperlərdən birini mövsümün sonuna qədər icarəyə götürmək variantı üzərində çalışır. 2020-ci ildən “Gimaraeş”in formasını geyinən 24 yaşlı Matuş Trmal Çexiyanın U-19 yığmasının sabiq üzvüdür. 22 yaşlı Kristi Qarri isə “Vlajniya”nın yetirməsidir və 2020-ci ildə əsas komandaya cəlb olunub. Qeyd edək ki, hər iki qapıçının klubu ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

CANLI YAYIM