Güləşçilərimiz Bolqarıstan və Rusiyadakı turnirlərdə iştirak edəcək

18 Yanvar, 16:20 Sosial mediada paylaşın:
Sərbəst və Yunan-Roma güləşçilərimizin yeni ildə iştirak edəcəyi ilk turnirlər müəyyənləşib. Bolqarıstanda təşkil olunan beynəlxalq yarışda bacarıqlarını nümayiş etdirəcəklər.
Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarının 2022-ci ildə qatılacağı ilk yarışlar bəlli olub.
Sərbəst güləş yığmasının Bolqarıstanın Veliko Tarnovo şəhərindəki Dan Kolov - Nikola Petrov turnirində iştirakı gözlənilir.
Həmin yarış 17 - 20 fevralda gerçəkləşəcək.
Yunan-Roma güləşçiləri isə cari ilə Türkiyədə start verəcək. Aleksandr Tarakanovun baş məşqçi olduğu komanda 24 - 27 fevralda İstanbulda Yaşar Doğu, Vehbi Emre və Hamit Kaplan turnirinə qatılacaq.
Qeyd edək ki, qadın güləşçilər 26 - 30 yanvarda Rusiyanın Krasnoyarsk şəhərində İvan Yarıgin Qran-prisində mübarizə aparacaq

CANLI YAYIM