"Alpin" Alen Prostla vidalaşıb

18 Yanvar, 17:26 Sosial mediada paylaşın:
Formula 1-in əfsanəvi pilotlarından olan Alen Prost “Alpin” komandasının məsləhətçisi vəzifəsindən gedib.
4 qat dünya çempionu Fransa komandası ilə müqaviləni yeniləməmək qərarına gəlib.  Məsələyə münasibət bildirən Prost  “Alpin”i tənqid edib: “Bu məlumatın vaxtından əvvəl ictimaiyyətə açıqlanması məni məyus etdi. Çünki gedişimlə bağlı xəbəri bir yerdə elan edəcəyimizlə bağlı komandanın rəhbərliyi ilə razılığa gəlmişdik. Mənə qarşı hörmətsizlik edildi”.
 Yeri gəlmişkən, ötən həftə “Alpin” rəhbərliyi komandanın icraçı direktoru Martsin Budkovski ilə də yollarını ayırıb.  Bu vəzifəyə “Aston Martin”in sabiq direktoru Otmar Zanfauerin gətiriləcəyi haqda məlumatlar dolaşır.  Yeri gəlmişkən, BWT Avstriya şirkətinin də “Alpin”in baş sponsoru olacağı haqda məlumatlar yayılıb.

CANLI YAYIM