Cokoviçi daha bir təhlükə gözləyir

19 Yanvar, 17:30 Sosial mediada paylaşın:
Avstraliyadan deportasiya olunan Novak Cokoviç Serbiyaya qayıdıb. 
Belqrad hava limanında onu qarşılamaq üçün xeyli sayda azarkeş toplaşsa da, serbiyalı raketka ustası həmyerliləri qarşısına çıxmaqdan imtina edib.  Onun hava limanı ərazisini necə tərk etməsi də məlum deyil. Elə Novakın qarşıda hansı turnirlərdə çıxış məsələsində də qeyri-müəyyənlik hökm sürür.  Məsələ ondadır ki, Fransada keçiriləcək “Rolan Qarros” turnirinin təşkilat komitəsi də yarışda ancaq peyvənd olunmuş tennisçilərin iştirak etməsini istəyir.  Bu plan həyata keçsə, vaksin olunmayan Novak mövsümün 2-ci “Böyük Dəbilqə” turnirindən də kənarda qala bilər. Ancaq Madridin meri Xose Luis Martines Almeyda aprelin 26-da İspaniyanın paytaxtında start götürəcək “Masters” seriyalı yarışda Novakın çıxış etməsini istəyir. Amma o, son qərarı İspaniya hökumətinin qəbul edəcəyini söyləyib. Bu da o deməkdir ki, Novak bundan sonra başqa ölkələrin qanunları ilə hesablaşmalıdır.  ATP lideri vaksin olunmayacağı halda bəzi ölkələrdə keçirilən turnirlərdə iştirakdan məhrum edilə bilər. 

CANLI YAYIM