20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol turniri keçirilib

20 Yanvar, 10:26 Sosial mediada paylaşın:
Nəsimi rayonundakı 240 nömrəli tam orta məktəbdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol turniri keçirilib.
Rayon məktəblilərinin iştirak etdiyi yarışda 14 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub. Texniki Humanitar Liseyin voleybolçuları ikinci, Bakı Slavyan Universitetinin nəzdində Məktəb-Lisey Kompleksinin komandası isə üçüncü yerə layiq görülüblər.

CANLI YAYIM