"Neftçi" xorvatiyalı qapıçı ilə danışıq aparır

21 Yanvar, 13:30 Sosial mediada paylaşın:
"Neftçi" heyətini yeni qapıçı ilə gücləndirməyə hazırlaşır.
Aqil Məmmədov zədəli olduğu üçün bir müddətdi, bu mövqeyə oyunçu axtaran "ağ-qaralar" axtardığını Latviyada tapıb. Klubdan verilən məlumata görə, "Neftçi" xorvatiyalı İvan Brkiçlə danışıq aparır. Əgər 26 yaşlı qolkiperlə razılıq əldə olunsa, yaxın zamanda münasibətlər rəsmiləşdiriləcək.Brkiçin son klubu "Riqa" olub. 2021-ci ilin fevrlıından Latviya təmsilçisində oynayan qolkiper dünən ordan ayrılıb. Karyerası ərzində Bosniyada "Jrinski"nin də formasını geyinən İvan ölkəsində "Karlovaç", "İstra", "Lokomotiva", "İmotski" və "Çibalia"nın uğurları üçün çalışıb. O, Xorvatiyanın U-19 və U-21 millilərinin də üzvü olub.

CANLI YAYIM