Türkiyə klubu "Qarabağ"ın hücumçusu ilə maraqlanır

21 Yanvar, 15:08 Sosial mediada paylaşın:
"Qarabağ"ın futbolçusu İbrahima Vadji Türkiyənin "Kocaelispor" klubunun maraq dairəsinə düşüb.
"Kocaeli" qəzetinin məlumatına görə, seneqallı hücumçunun icarəyə götürülməsi planlaşdırılır. 27 yaşlı forvardın hazırda Ağdam komandasında özünü xoşbəxt hiss etmədiyi və 4 mərkəz hücumçusu ilə rəqabət mühitində klubunu dəyişmək istədiyi bildirilir. Qeyd olunur ki, Vadjinin adı bu mövsüm ərəfəsində də "Kocaelispor"un transfer gündəmində olub. Lakin həmin vaxt "Qarabağ" Norveçin "Högesunn" klubuna 600 000 avro ödəyərək, onu transfer edib. Təcrübəli hücumçu ilə 2024-cü ilədək müqavilə bağlanılıb.

CANLI YAYIM