Ruslan Lunyov gümüş medal qazandı

21 Yanvar, 16:12 Sosial mediada paylaşın:
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Xorvatiyanın Osiyek şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.
23 yaşlı idmançı 10 m məsafəyə pnevmatik tapançadan atəş açma yarışında fərqlənib. Bu, Lunyovun son bir həftədə ikinci medalıdır. Gənc atıcı yanvarın 15-də Sloveniyanın Ruşe şəhərində keçirilmiş Qran-pridə qızıl medal qazanıb. Xatıraladaq ki, təmsilçimiz dünya və Avropa çempionu olmaqla yanaşı, Azərbaycanda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının 5 qat qalibidir. Lunyov eyni zamanda Dünya Kubokunun bürünc mükafatçısı, Avropa kubokunun sahibidir.

CANLI YAYIM