Çin Olimpiadanın açılış mərasiminə xüsusi hazırlaşır

21 Yanvar, 17:15 Sosial mediada paylaşın:
Çin  fevralın 4-də start götürəcək  Qış Olimpiya oyunlarına həvəslə hazırlşaır.  Uzaq Şərq ölkəsi koronavirus probleminə görə təhlükəsizlik tədbirlərini gücləndirsə də, 4 illiyin idman festivalının sönük keçməsini  istəmir. Xüsusən də, təşkilat komitəsi açılış mərasiminin yüksək səviyyədə keçməsi üçün xüsusi planlar hazırlayıb. Bu mənada olimpiya məşəlinin alovlandırılması prosesi diqqət cəlb edəcək. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasiminin rejissoru Cjan İmou bu dəfə də qeyir-adilikləri ilə yadda qalacaqlarını söyləyib. O, mətbuata  açıqlamasında azarkeşlərin son 100 illikdə ən qəribə məşəl alovlandırma mərasimini izləyəcəklərini bildirib. Amma o,  detalları açıqlamaqdan imtina edib. 
Yeri gəlmişkən,  Olimpiadanın xokkey yarışının yay fəslinə keçirilə biləcəyi haqda söhbətlər dolaşır. Buna səbəb MXL rəhbərliyinin xokkeyçiləri mövsümün gedişində Olimpiadaya buraxmamasıdır.  Yayılan şayiələrə baxmayaraq,  Olimpiadada iştirak edəcək komandalar heyətlərini açıqlayır. Plana əsasən, xokkey turniri fevralın 9-da start götürəcək və açılış görüşündə Rusiya və İsveçrə milliləri üz-üzə gələcək.  Xatırladaq ki, 4 il əvvəl Pxençxanda keçirilən Olimpiadada MXL  oyunçuları iştirak etməmişdi. 

CANLI YAYIM