Lüis Hemilton Meksika Qran-prisinin qalibi olub

28 Oktyabr, 09:52 Sosial mediada paylaşın:
Rodriges qardaşlarının adını daşıyan avtodromda Formula-1 üzrə Meksika Qran-prisi keçirilib.
 
Qalib adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. İkinci yeri "Ferrari"dən Sebastyan Fettel tutub. "Üçlüy"ü Hemiltonun komanda yoldaşı Valtteri Bottas qapayıb.
 
Bu, Hemiltonun mövsümdə 10-cu, karyerasında 83-cü qələbə olub. Onun 6 qat dünya çempionluğunu vaxtından əvvəl əldə etməsi üçün cəmi 4 xal çatmayıb.

CANLI YAYIM