"Formula 1" 2021-ci ildə istifadə olunacaq yeni bolidin fotolarını yayımlayıb

1 Noyabr, 16:54 Sosial mediada paylaşın:
"Formula 1" 2021-ci ildə istifadə olunacaq yeni bolidin rəsmi fotolarını yayımlayıb.
 
Bolidin görüntüsü qurumun rəsmi "Twitter" səhifəsi vasitəsi ilə paylaşılıb.
 
Yeni bolidin əvvəlki ilə müqayisədə ön hissəsi dəyişib. "Formula 1"in yeni texniki tənzimlənməsi sürücülərin bir-biri ilə fəal mübarizə aparmalarını təmin etməyə yönəlib. 
 
 Qeyd edək ki, 2020-ci il Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçiriləcək.

CANLI YAYIM