Azərbaycanın cüdo hakimi Avropa birinciliyinin görüşlərini idarə edib

4 Noyabr, 11:12 Sosial mediada paylaşın:
Rusiyada gənc cüdoçular arasında Avropa birinciliyi keçirilib. 
 
Mötəbər çempionatda Azərbaycan cüdoçuları uğurla çıxış edərək 1 qızıl və 1 gümüş medal qazanıblar. İjevsk şəhərində baş tutan 23 yaşadək cüdoçular arasında Avropa birinciliyində azərbaycanlı hakim də yarışı idarə edən ədalət təmsilçiləri arasında yer alıb.
 
Beynəlxalq dərəcəli hakim Nazim Umbayev qitə çempionatında ədalət təmsilçisi olub. Avropa birinciliyinin 2 final görüşü və bir neçə prinsipial qarşılaşması azərbaycanlı referiyə həvalə edilib.

CANLI YAYIM