Ernesto Valverde: “İstefa vermək fikrində deyiləm”

4 Noyabr, 12:16 Sosial mediada paylaşın:
“Barselona”nın baş məşqçisi Ernesto Valverde dünən La Liqanın 12-ci turunda “Levante”yə səfər məğlubiyyətindən (1:3) sonra bildirib ki, istefa vermək fikrində deyil.
 
Oyundan sonra keçirilən mətbuat konfransında o deyib:
 
 “Etiraf edirəm ki, öz stadionumuzda olmayan matçlarda problemlərimiz yaranır. Demişdim ki, səfər görüşlərinə komandanın köklənməsi məsələsi məni narahat edir. O ki qaldı istefaya, bu haqda düşünmürəm və gələcəyə baxıram”.

CANLI YAYIM