"Qalatasaray"ın futbolçusu 6-8 həftəlik sıradan çıxdı

5 Noyabr, 12:23 Sosial mediada paylaşın:
Türkiyə Superliqasının 10-cu turunda "Rizəspor"la matçda zədələnən "Qalatasaray"ın Şener Özbayraklının son durumu müəyyənləşib.
 
Bu barədə klubun həkimi Yener İnce "GS TV"yə açıqlamasında bildirib. O, sağ ayaq əzələsində problem olan 29 yaşlı müdafiəçinin 6-8  həftə yaşıl meydanlardan uzaq qalacağını söyləyib.
 
 Qeyd edək ki, Ş.Özbayraklı bu ilin yayından İstanbul təmsilçisində oynayır.

CANLI YAYIM