Sərbəst güləşçilər Xasavyurtda beş medal qazanıb

6 Noyabr, 13:36 Sosial mediada paylaşın:
Oktyabrın 31-dən noyabrın 3-dək Dağıstanın Xasavyurt şəhərində Arsenəli Murtuzəliyevin xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.
 
Yarışda məşqçilər Namiq Quliyev və Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi təmsil edən sərbəst güləşçilərdən beşi fəxri kürsüyə qalxıb. Ramik Heybətov (55 kq), Sabir Cəfərov (65 kq) və Cəbrayıl Hacıyev (71 kq) gümüş medal qazanıb. Rəşid Sadıxhacıyev (80 kq) ilə Saqadulla Ağayev (92 kq) isə bürünc medalı boynundan asıb.