Son Hın Minin qırmızı vərəqəsi ləğv olundu

6 Noyabr, 13:44 Sosial mediada paylaşın:
İngiltərə Futbol Federasiyası “Totenhem”in futbolçusu Son Hın Minin qırmızı vərəqəsi ilə bağlı apellyasiya şikayətinə cavab verib.
 
27 yaşlı hücumçuya göstərilən qırmızı vərəqə ləğv edilib. Beləliklə, koreyalı futbolçunun 3 oyunluq cəzası aradan qalxıb.
 
Qeyd edək ki, Son Hın Minə Premyer Liqaının 11-ci turunda "Everton"la matçda 79-cu dəqiqədə rəqib futbolçu Andre Qomeşlə toqquşmasından sonra görüşün baş hakimi Martin Atkinson əvvəlcə sarı vərəqə göstərsə də, yarımmüdafəçinin ayağının qırıldığını bildikdən sonra qərarını dəyişərək onu qırmızı vərəqə ilə meydandan qovub.