İtaliya A Seriyasında futbolçu əvəzləmələrinin sayı artırıla bilər

6 Noyabr, 16:00 Sosial mediada paylaşın:
İtaliya A Seriyasında futbolçu əvəzləmələrinin sayı artırıla bilər.
 
Bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina açıqlama verib. 
 
Qravina bu məqsədlə Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət etdiklərini bildirib. Onun sözlərinə görə, IFAB-dan ölkə çempionatı matçlarında oyunçu dəyişikliklərinin miqdarını 3-dən 5-ə qaldırmaları xahiş olunub. 
 
Hazırda İtaliyada 5-dək əvəzləməni yalnız III və IV Divizionlarda etmək mümkündür.
 
Qeyd edək ki, A Seriyasında 11 turdan sonra 29 xal toplayan "Yuventus" turnir cədvəlinə başçılıq edir. İlk "3-lük"dəki "İnter"in 28, "Roma"ın 22 xalı var.

CANLI YAYIM