Quti İspaniya klubunun baş məşqçisi təyin edildi

6 Noyabr, 17:19 Sosial mediada paylaşın:
"Real"ın və İspaniya millisinin sabiq üzvü Qutinin yeri iş yeri müəyyənləşib.
 
42 yaşlı məşqçi İspaniya Sequnda təmsilçisi "Almeriya"nın baş məşqçisi təyin edilib. Klub saytı müqavilənin detallarını açıqlamayıb.
 
"Almeriya" Sequndanın turnir cədvəlində 14 turdan sonra 24 xalla 2-cidir.
 
Quti ötən mövsüm "Beşiktaş"da Şenol Günəşin köməkçisi idi.