Benzema Messinin rekordunu təkrarladı

7 Noyabr, 16:47 Sosial mediada paylaşın:
"Real"ın futbolçusu Kərim Benzema "Barselona"nın hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.
 
Son olaraq "Qalatasaray"la matçda dubl edən 31 yaşlı oyunçu Çempionlar Liqasında ardıcıl 15-ci mövsüm qol vurub. Beləliklə, o, L.Messidən sonra bunu bacaran ikinci futbolçu olub.
 
 Qeyd edək ki, ÇL-də ən çox qolu Kriştiano Ronaldo (128  qol) vurub. Bu göstəricidə ikinci yerdə isə 113 qolla Lionel Messidir.

CANLI YAYIM