"Roma" və "Beşiktaş" uduzdu, "Sevilya" ilə "Başakşəhər"dən qələbə

8 Noyabr, 11:01 Sosial mediada paylaşın:
Avropa Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub.
 
Ötən gün daha 23 oyun keçirilib.
 
Təmsilçimiz “Qarabağ” A qrupunda Bakıda heç-heçə etdiyi (2:2) APOEL-lə Kiprdə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Qrupun digər oyununda isə "Sevilya" "Düdelanj"ın qonağı olub və 5:2 hesabı ilə qalib gəlib.
 
4-cü turun oyunlarından sonra "Sevilya", "Bazel" və "Seltik" növbəti mərhələyə vəsiqəni təmin edib.