Həftənin ən yaxşısı adına 4 namizəd

8 Noyabr, 12:49 Sosial mediada paylaşın:
Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
 
Siyahıda Markus Reşford (“Mançester Yunayted”), Esteban Qranero (“Espanyol”), Enzo Krivelli (“Başakşəhər”) və Munir El Hadadi ("Sevilya") yer alıb.
 
Azarkeşlər UEFA-nın saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.