Lempard Kloppu qabaqladı

9 Noyabr, 17:47 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
 "Çelsi"nin baş məşqçisi Frenk Lempard həmkarlarını qabaqlayıb.
 
London təmsilçisi ötən ay keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb. "Zadəganlar" "Sauthempton" (4:1), "Nyukasl" (1:0) və "Bernli"ni (4:2) məğlub edib.
 
Qeyd edək ki, Lempard bu ad uğrunda mübarizədə Yurgen Klopp ("Liverpul"), Qrem Potter ("Brayton"), Brendan Rodcers ("Lester") və Din Smiti ("Aston Villa") üstələyib.

CANLI YAYIM