"Barselona"nın futbolçusu 5 həftə oynamayacaq

11 Noyabr, 12:48 Sosial mediada paylaşın:
“Selta” ilə dünən La Liqanın 13-cü turunun matçında zədələnən “Barselona”nın müdafiəçisi Nelson Samedunun durumu müəyyənləşib.
 
Klubun saytının məlumatına görə, təcrübəli futbolçu 5 həftə yaşıl meydandan uzaqda qalacaq.
 
Xatırladaq ki, Samedu 23-cü dəqiqədə zədəsi səbəbindən Sergio Busketslə əvəzlənmək məcburiyyətində qalıb.

CANLI YAYIM