"Karyeramı "Çelsi"də bitirə bilərəm"

11 Noyabr, 17:51 Sosial mediada paylaşın:
"Karyeramı "Çelsi"də bitirə bilərəm" - Bu açıqlama "Çelsi"nin fransız legioneri Nqolo Kanteyə məxsusdur.
 
O, bildirib ki, 2015-ci ildə "Marsel"i deyil, "Lester"i seçməklə düzgün qərar verib: "Lester"də çempionluq qazandım və bu məni İngiltərədə tanıtdı. Oradan isə "Çelsi"yə gəldim.
 
Artıq burada 3-cü mövsümdür keçirirəm. "Çelsi" ilə müqaviləm hələ 2023-cü ildə bitəcək. Amma mən karyeramın sonuna qədər bu komandada qalmaq istərdim. Özümü başqa klubda təsəvvür etmirəm. "Çelsi" mənə çox kömək edib. Ona görə sevimli komandamla birlikdə çoxlu titullar, kuboklar qazanmaq istəyirəm".

CANLI YAYIM