Fransa millisinin heyətində dəyişiklik

12 Noyabr, 12:58 Sosial mediada paylaşın:
"Yuventus"un futbolçusu Blez Matyuidi Fransa millisinin heyətindən çıxarılıb.  
 
Bu barədə Fransa Futbol Federasiyasının "Tvitter" səhifəsi məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçinin İtaliya A seriyasının 12-ci turunda "Milan"la matçda zədələndiyi bildirilib. Onun əvəzinə milliyə "Arsenal"ın futbolçusu Matteo Qenduzi çağırılıb.    
 
Qeyd edək ki, Fransa Avro-2020-nin seçmə mərhələsində noyabrın 14-ü Moldova, 3 gün sonra isə Albaniya ilə qarşılaşacaq.

CANLI YAYIM