Ralli üzrə dünya çempionatının son mərhələsi meşə yanğınlarına görə təxirə salınıb

12 Noyabr, 19:39 Sosial mediada paylaşın:
Noyabrın 14-dən Avstraliyada start götürməli olan ralli üzrə dünya çempionatının (WRC) son mərhələsi təxirə salınıb.
 
Buna səbəb qitənin şimal-şərq sahillərində baş verən geniş miqyaslı meşə yanğınlarıdır. Rallinin hansı tarixdə reallaşacağı barədə məlumat verilmir.
 
Qeyd edək ki, “Toyota” komandasından estoniyalı Ott Tyanak 24 - 27 oktyabrda İspaniyada keçirilən mərhələdə çempionluğu vaxtından əvvəl təmin edib.

CANLI YAYIM