Azərbaycan karateçiləri beynəlxalq turnirdə iki medal qazanıblar

13 Noyabr, 10:46 Sosial mediada paylaşın:
Azərbaycan karateçiləri Belçikanın Lieg şəhərindəki beynəlxalq turnirdə 2 medal qazanıblar.
 
Suada Kərimova (16-17 yaşlı gənclər, kumite 47 kq) və Neda Rezai (böyüklər, kata) bürünc mükafata sahib olublar.
 
Beynəlxalq hakimlər - Cahangir Babayev və Vüqar Kərimov dəvət ilə turniri idarə edən hakimlər arasında olub. Belçikada müxtəlif yaşlı karateçilər arasında nüfuzlu yarışda 25 ölkədən 1125 idmançı iştirak edib. 

CANLI YAYIM