Azərbaycan güləşçisinin çıxış etdiyi komanda İranda çempion olub

13 Noyabr, 16:27 Sosial mediada paylaşın:
İranın yunan-Roma güləşi üzrə klub çempionatı başa çatıb. 
 
Yəzd şəhərində keçirilmiş yarışda Eldəniz Əzizlinin çıxış etdiyi “İran Mall” çempion olub.
 
Azərbaycanlı dünya və Avropa çempionu yarış ərzində iki görüş keçirib. Əzizli əvvəlcə Mehriqan Cahangirini 8:0 hesabı ilə məğlub edib. O, daha sonra Masib Əkbərini üstələyib - 10:2. 
 
Qeyd edək ki, bu komanda dekabrda Tehranda keçiriləcək klublararası dünya çempionatında İranı təmsil edəcək.

CANLI YAYIM