Klub prezidenti postundan getdi - 40 ildən sonra

16 Noyabr, 16:28 Sosial mediada paylaşın:
“Bavariya”nın prezidenti Uli Höness postundan gedib.
 
40 il idi Münhen təmsilçisində çalışan Uli Hönessi “Adidas” şirkətinin İdarə Heyətinin sədri, həmçinin klubun Nəzarət Şurasında yer alan Herbert Hayner əvəz edib.
 
Höness ilk dəfə 2009-cu ildə “Bavariya”nın prezidenti seçilib. 2014-cü ildə vergidən yayındığı üçün həbs olunan futbol funksioneri vəzifəsindən məcburi kənarlaşdırılsa da, 2 il sonra yenidən prezident olmuşdu. Höness ümumilikdə isə 40 il idi Münhen klubunda çalışırdı.

CANLI YAYIM