Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə qızıl medal qazanıb

17 Noyabr, 11:52 Sosial mediada paylaşın:
Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Türkiyənin Qaziantep şəhərində keçirilən üçqat olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə qızıl medal qazanıb. 
 
B.Kostova (59 kq) toplam 224 kq (100+124) nəticə ilə bütün rəqiblərini geridə qoyub. 
 
2020-ci il Tokio Olimpiya Oyunların gümüş səviyyəli lisenziya xarakterli olan yarışda baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxacaqlar.
 
Qeyd edək ki, Türkiyədəki turnirdə 20-dən çox ölkədən 80-nə yaxın idmançı çıxış edir. 

CANLI YAYIM