Romelu Lukaku: "İngiltərədən ayrılmaq istədiyimi martda bildirmişdim"

17 Noyabr, 15:21 Sosial mediada paylaşın:
"İnter"in hücumçusu Romelu Lukaku "Mançester Yunayted"dən ayrılması haqda danışıb.
 
Belçikalı İngilətərə klubundan ayrılmamışdan əvvəl bunu baş məşqçiyə danışdığını bildirib:
 
"Sulşerə böyük hörmətim var. Mən martda ona İngiltərədən ayrılmaq istədiyimi bildirmişdim. O da hər şeyi başa düşmüşdü. İngiltərə Premyer Liqasına 18 yaşlı gənc kimi gəlmişdim. İndi isə 26 yaşım var. Sulşer məni komandada saxlamaq istəyirdi. Amma mən yeni işlər üçün özümü hazır hesab edirdim".

CANLI YAYIM